İcra başçısından torpaq alan müxalifətçi "yeraz" jurnalist, özünü nazirin qohumlarına döydürən "çəpiş" - Aygün Muradxanlı kimləri nəzərdə tutur?

2023-01-07 19:49:00

İcra başçısından torpaq alan müxalifətçi

Tanınmış jurnalistlər Aygün Muradxanlı və Heydər Oğuz Naxçıvana səfər edib. Muxtar Respublikanın Ali Məclisinin sabiq sədri Vasif Talıbovun sərt tənqidçilərindən olan jurnalistlərin Naxçıvana səfəri hazərda əncnəbi ölkələrdə yaşayan bəzi azərbaycanlılar tərəfindən tənqidlə qarşılanıb.
Jurnalist Aygün Muradxanlı özünün Facebook səhifəsində paylaşdığı posta Naxçıvana səfərinə görə ona "söz atanlara" cavab verib və ötən illərə təsadüf edən hadisələrə dair diqqətçəkən fikirlər dilə gətirib.
A.Muradxanlı qeyd edib ki, Naxçıvana səfərinə görə onu qınayanlar ötən illərdə müxalifət qəzetlərində işlədikləri halda icra başçılarından torpaq alanalar, nazirlərdən bu və ya digər dərəcədə yararlananlardır. 
Missiya.Az Aygün Muradxanlının yazdıqlarını olduğu kimi təqdim edir:
Biri var, adını demirəm eldən ayıbdı, “müxalifət” qəzetində işləyə-işləyə icra başçısı qalmamışdı dilənib torpaq almaya, nazirlərdən “mən də sizin kimi yerazam” yalvarışlarıyla nə qədər pul qoparmışdı, üstü açılanda da qaçdı getdi Yevropalara, indi ordan bura Naxçıvana getdiyimiz üçün mənə, Heydər Oğuza, Tural Səfərova lağ eləyir. 
Hələ bir çəpiş tayı var,))) özünü bir nazirin qohumlarına “döydürmüşdü”) O görüntülərə baxanda dedim ki, bu, saxtadır. Xeyli dost məni qınadı, acıladı, amma fikrimdən dönmədim. Sonra o video o çəpişi də Yevropalara apardı. Sonra öyrəndik ki, nazirdən də babat pul alıb. Yəni fərasətli uşaq idi, hamını aldatmışdı. İndi qarnı yekəlib, dili uzanıb, ordan bura çürük taxtadan ox atır…
Mənə yox daaa. Heydər bəy, Tural Səfərov sizi tanımaz, axı, mən sizin dabbaqda gönünüzə bələdəm. 
Elə yazığım gəlir sizə. Elə miskinsiz…Vətənsiz, məqsədsiz, sərgərdan qaldız tamahınız üzündən… Biz isə rahatıq. Ən azı ona görə ki, Vətəndəyik. Ən azı Azərbaycanı çətin dolanbaclardan çıxarmaq üçün bacardığımızı edirik. Məqsədə çatanda, millət sevinəndə, biz də fərəhlənirik. Dövlətimizin sütunları torpağa bir qədər də işləyəndə bunun sevincini, qürurunu yaşayırıq. 
"Biri var, adını demirəm eldən ayıbdı, “müxalifət” qəzetində işləyə-işləyə icra başçısı qalmamışdı dilənib torpaq almaya, nazirlərdən “mən də sizin kimi yerazam” yalvarışlarıyla nə qədər pul qoparmışdı, üstü açılanda da qaçdı getdi Yevropalara, indi ordan bura Naxçıvana getdiyimiz üçün mənə, Heydər Oğuza, Tural Səfərova lağ eləyir. 
Hələ bir çəpiş tayı var,))) özünü bir nazirin qohumlarına “döydürmüşdü”) O görüntülərə baxanda dedim ki, bu, saxtadır. Xeyli dost məni qınadı, acıladı, amma fikrimdən dönmədim. Sonra o video o çəpişi də Yevropalara apardı. Sonra öyrəndik ki, nazirdən də babat pul alıb. Yəni fərasətli uşaq idi, hamını aldatmışdı. İndi qarnı yekəlib, dili uzanıb, ordan bura çürük taxtadan ox atır…
Mənə yox daaa. Heydər bəy, Tural Səfərov sizi tanımaz, axı, mən sizin dabbaqda gönünüzə bələdəm. 
Elə yazığım gəlir sizə. Elə miskinsiz…Vətənsiz, məqsədsiz, sərgərdan qaldız tamahınız üzündən… Biz isə rahatıq. Ən azı ona görə ki, Vətəndəyik. Ən azı Azərbaycanı çətin dolanbaclardan çıxarmaq üçün bacardığımızı edirik. Məqsədə çatanda, millət sevinəndə, biz də fərəhlənirik. Dövlətimizin sütunları torpağa bir qədər də işləyəndə bunun sevincini, qürurunu yaşayırıq. 
Vətənlə alver etməyin bədəli çox ağırdır. Sizdə bir daha gördüm".
Qeyd edək ki, A.Muradxanlının postuna xarici ölkədə yaşayan jurnalistlər Fikrət Hüseynli və Fərahim İlqaroğlu geniş şəkiıdə cavab veriblər.

Elcan
Missiya.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.268436