İcra başçısı oğluna yarım milyonluq toy etdi – İddia

2022-11-21 15:35:00

İcra başçısı oğluna yarım milyonluq toy etdi – İddia

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov oğluna təmtəraqlı toy edib.

Hurriyyet.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, toy Gülüstan sarayında baş tutub. Belə ki, 1000 nəfərlik zalda xeyli sayda məmur təbəqəsi, qohumlar olmaqla, bəyin dostları da  iştirak edib. O da bildirilir ki, toyda ingilis dilində mahnılar ifa edilib, rəqslər olunub.

Gülüstan Sarayında menyunun qiymətinin minimum 310 manat olduğunu nəzərə alsaq, məclisə 500 min manata yaxın pul xərclənib.

Qeyd edək ki, Gülüstan Sarayı Prezidentin İşlər İdarəsinə məxsusdur və orada adətən dövlət tədbirləri keçirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000163