İcra başçısı Abdin Fərzəliyevin ev qiymətinə olan saatı - Kolleksiyasının siyahısı / FOTO

2022-05-10 23:26:00

İcra başçısı Abdin Fərzəliyevin ev qiymətinə olan saatı - Kolleksiyasının siyahısı / FOTO

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev saatı ilə diqqət çəkib. 

Saat həvəskarı olan icra başçısı  "Rolex" markasına üstünlük verir. 

A.Fərzəliyev  "Rolex" markasının "Celine Moon Phase" modelinə aid saat taxır. Həmin saatın sözügdən modelinin  qiymətləri 45.000 AZN ilə 63.000 AZN arasında dəyişir. 

Saytımıza verilən məlumata görə, icra başçısının saat kolleksiyasında ən bahalı saatlardan saylan "Patek Philippe" və İWC kimi saat markaları da mövcuddur.  Sözügedən hər iki saatın ən ucuz qiyməti isə Bakıda 1 otaqlı mənzilə bərabərdir. 

Xatırladaq ki, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə aşağıdakı məbləğlərdə müəyyən edilib:

Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat, əhalisinin sayı 50 min nəfərədək olan rayon icra başçıları isə 880 manat məvacib alır. Yerli icra hakimiyyəti başçılarına da maaşlarının 25 faizi məbləğində əlavə aylıq pul təminatı edilir. Məsələn, Bakı şəhər icra başçısı 1925 manat məvacib alırsa, üzərinə 481 manat əlavə aylıq pul təminatı olunur. Bu da toplam 2406 manat edir.

  

 

/32gun.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya