Saat:05:30
Haqqımızda

İcra başçılarının avtomobilləri: Kim hansı maşında gəzir? - SİYAHI

2024-01-08 16:33:35

İcra başçılarının avtomobilləri: Kim hansı maşında gəzir? - SİYAHI

Azərbaycanda icra başçılarının fəaliyyəti, şəxsi həyatları, o cümlədən xidməti və digər sahib olduqları avtomobilləri, mülkləri hər zaman cəmiyyətin diqqət mərkəzində olub.

Hurriyyet.az xəbər verir ki, “Cebhe.info” icra başçılarının sərəncamına verilmiş xidməti avtomobillərin hazırkı bazar dəyərini araşdırıb.

*Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin xidməti avtomobili “BMW 730” modeldir və hazırda o avtomobilin bazar dəyəri istehsal ilindən asılı olaraq 17 min manatdan 80 min manata qədərdir.

*Şamaxının icra başçısı Tahir Məmmədov isə 30-40 min manat dəyərində olan xidməti avtomobildə gəzir. Qeyd edək ki, T.Məmmədovun xidməti avtomobili “Lexus LS400” modelidir.

*Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli üçün verilən xidməti avtomobil isə “NİSSAN Sentra”dır. Onun hazırkı bazar dəyəri 17 min manat civarındadır.

*Qazax rayonunda isə icra başçısı Rəcəb Babaşova “Toyota Camry” model xidməti avtomobil verilib. “Toyota Camry”nin hazırkı bazar qiyməti 20 min manat civarındadır. Qeyd edək ki, R.Babaşovun xidməti avtomobili 2008-2010-cü illərə aiddir.

*Beyləqan rayonunun icra başçısı Əzizağa Ağayevin və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun da xidməti avtomobili bazar dəyəri 20 min manat olan “Nissan Teana” modelidir.

*Şəkinin icra başçısı Elxan Usubovun xidməti avtomobili üçüncü seriya BMW-dir ki, onun da hazırkı qiyməti 18 min manat civarındadır.

*Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobili olan “Toyota Land Cruiser”in bazar dəyəri isə 40 min manatdır.

*Masallının icra başçısı Araz Əhmədovun da xidməti avtomobili bazar dəyəri 20 min manat civarında olan“Toyota Camry”dir.

*Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənovun isə xidməti avtomobili “NİSSAN Sentra”dır. Onun da hazırkı bazar dəyəri 17 min manat civarındadır.

*Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə həmkarlarından daha fərqli xidməti avtomobilə sahibdir. B.Səfərov sedan tipli “Lincoln” model avtomobildə gəzir ki, onun da hazırkı bazar dəyəri 35 min manatdır.

*Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə xidməti avtomobili 38 min manat dəyəri olan “BMW 730Li”-dir.

*Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Xaçmaz Rayon İcra Hakimiyyətini başçısı Elnur Rzayev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevə isə “BMV 740Li” model xidməti avtomobil verilib. “BMV 740Li” model avtomobilin hazırkı bazar dəyəri isə 25 min manat civarındadır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR