Saat:02:12
Haqqımızda

"İclasda ani bir kirpik vurursan, on min axmaq..." - Milli Məclisdə mürgüləyən deputat

2024-09-26 15:49:26

Ötən gün Milli Məclisdə bir qrup deputatın mürgülədiyi zaman çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.

Hurriyyet.az bildirir ki, məsələyə deputat Fazil Mustafa da reaksiya verib.

“Bir faydalı kitab haqqında bilgi paylaşırsan, 10 nəfər ağıllı adam tapılmır ki, rəy yazsın. Bir iclasda sadəcə ani bir kirpik vurursan, 10 min axmaq sıraya durub rəy yazır”, - millət vəkili bildirib.

O, fikirlərini bu cür yekunlaşdırıb: “Bu, əslində məmləkətimizdə ağıllılarla axmaqların nisbət göstəricisi sayıla bilər”.

Qeyd edək ki, sözügedən iclasda Fazil Mustafa da mürgüləyən deputatların sırasında görüntülənib./Sfera.az /

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171443