İçərişəhərin Qala divarlarında vandalizm - FOTOLAR

2022-06-09 21:19:00

İçərişəhərin Qala divarlarında vandalizm - FOTOLAR

İçərişəhər Qala divarlarında vandalizm aktları törədilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə görüntüləri memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşıb.

“İnsan nə qədər eybəcər biri olmalıdır ki, bizim üçün müqəddəs bir yerin üzərində bunu yazsın?! Xahiş edərdim, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin şəxslər tapılsın və mütləq məsuliyyətə cəlb edilsinlər”, - memar vurğulayıb.

Məsələyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə münasibət bildirib.

“Bu gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.

Tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək”, - o qeyd edib.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya