Saat:17:23
Haqqımızda

İçərişəhərdə yaşayan əhali köçürülür - İdarə rəisi danışdı

2025-12-23 13:14:10

İçərişəhərdə yaşayan əhali köçürülür - İdarə rəisi danışdı

“Hazırda İçərişəhərdə 3 500-ə yaxın adam yaşayır. Gələcək planlara gəlincə, məncə biz hamımız çalışmalıyıq ki, İçərişəhər yaşayış şəhəri kimi davam etsin”.

Hurriyyet.az xəbər verir ki, bunu “Yeni Sabah”ın sualına cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, dünyada bu kimi bir çox şəhər var.

“Hansılar ki, orada insanlar artıq yaşamır. Sadəcə bir muzeyə çevrilib. Mən yuxumda da görmək istəmirəm ki, İçərişəhər onlar kimi olsun”, - R.Mahmud vurğulayıb.