İbtidai siniflər üçün olan məntiq sualı müzakirələrə səbəb oldu - Məzələnirlər?..

2022-07-28 13:16:00

İbtidai siniflər üçün olan məntiq sualı müzakirələrə səbəb oldu - Məzələnirlər?..

Azərbaycanda IV siniflər üçün riyaziyyat dərsliyində qeyd olunan məntiq sualı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 Hurriyyet.az
Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə şagirdlərin valideynlərindən biri sosial şəbəkələrdə paylaşım edib.

“Siz avtobusun sürücüsüsünüz. Avtobusda 20 sərnişin var. Birinci dayanacaqda 5 qadın düşdü, 2 kişi mindi. İkinci dayanacaqda 3 qadın mindi, 1 kişi düşdü. Sürücünün neçə yaşı var?” - sualda yazılıb.

Kitabın arxa hissəsindəki cavablarda isə qeyd olunub ki, sizin neçə yaşınız varsa, sürücü də o yaşdadır.

Sosial şəbəkə istifadəçiləri arasında sualın məntiqi olduğunu deyərək, bunu normal hesab edənlərlə yanaşı, 9-10 yaşlı uşaqlar üçün bu cür məntiq sualının verilməsinin doğru olmadığını düşünənlər də var.

Bir qisim cavabın sualın özündə olduğunu desə də, 4-cü sinif şagidinin avtobus sürücü ola bilməyəcəyini söyləyərək sualın çaşdırıcı və məntiqsiz olduğu fikrini müdafiə edənlər də var.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.103031