Saat:00:31
Haqqımızda

İbrahim Kalından Türkiyə-Ermənistan münasibətləri barədə yeni AÇIQLAMA

2022-11-30 00:16:00

İbrahim Kalından Türkiyə-Ermənistan münasibətləri barədə yeni AÇIQLAMA

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi müsbət istiqamətdə gedir.

Hurriyyet.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, iki ölkənin xüsusi nümayəndələri mütəmadi əlaqə saxlayır, müxtəlif məsələləri, o cümlədən pasportlarla sərhədi keçmək imkanlarını, yaxın gələcəkdə atılacaq addımları müzakirə edirlər.

“Biz bütün Cənubi Qafqazda sülh və rifahın əsasını qoymaq istəyirik. Qarabağ münaqişəsi həll olunub və indi ölkələr üçüncü tərəflərin vasitəçiliyi olmadan əməkdaşlıq qurur. Bu, xüsusi əhəmiyyət kəsb edir”, - Kalın əlavə edib. \\Redaktor

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR