İbrahim Kalın: Prezident Ərdoğan Putin və Zelenski ilə danışıqlar planlaşdırır

2023-01-04 09:38:00

İbrahim Kalın: Prezident Ərdoğan Putin və Zelenski ilə danışıqlar planlaşdırır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır. Bunu prezident Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
"Biz hər iki tərəflə intensiv diplomatiya aparmağa davam edirik. Müvafiq nazirlərimiz, xarici işlər naziri, müdafiə naziri, kəşfiyyat rəhbəri və digər həmkarlarımız hər iki tərəfdən həmkarları ilə görüşlərini davam etdirirlər. Hazırda Türkiyə yeganə ölkədir ki, bunu bu səviyydə operativ və belə miqyasda edə bilir”, deyə Kalın NTV kanalının efirində deyib.
Kalinin sözlərinə görə, Türkiyə tərəfi Ukraynada hərbi əməliyyatların mümkün eskalasiyasından narahatdır və Ankara Putin və Zelenski arasında danışıqları dəstəkləməyə davam edir.
"Əvvəldən tərəfləri bir araya gətirən yeganə sülh və danışıqlar masası Türkiyədə quruldu. Əvvəl Antalyada, sonra İstanbulda. Təəssüf ki, prosesin ardı gəlmədi, amma bildiyiniz kimi, prezidentimiz dəfələrlə görüşə çağırıb, biz İki liderin birliyinə və bu çağırışı təkrarlamağa davam edirik”, deyə Kalın əlavə edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.173605