Husilərə hipersonik raketləri Tehran verib? Pezeşkian açıqlama verdi
2024-09-16 16:54:24
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranın Yəmən husilərinə hipersəs silahları verməsi barəsində yayılan məlumatları təkzib edib. Prezident husilərin başqa tipli raketlərdən istifadə elədiklərini söyləyib: "İranın da cəbbəxanasında hipersəs raketləri mövcuddur. Lakin onları "Ənsar Allah" hərəkatına verməyib. Onların istifadə elədikləri hipersonik raketlər fəqrli növdəndir".
Pezeşkian bu açıqlamanı Prezident vəzifəsinin icrasına başqadıqdan sonrakı ilk mətbuat konfransında verib. Yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransı İRİB telekanalı ilə efirə verilib.
Hürr Tərcüman