Saat:16:55
Haqqımızda

Husilər Tel-Əvivə "Fəlsətin-2" hiperonik ballistik raketini atıblar

2024-12-25 11:48:41

Husilər Tel-Əvivə

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yəməndəki husilər Tel-Əviv rayonundakı hərbi obyekti hipersəs raketi ilə vurublar. Yəməndəki "Ənsar Allah" təşkilatının hərbi qanadı olan husilərin təmsilçisi Yəhya Saria təşkilata məxsus "Al Masirah" telekanalının efirində bu barədə məlumat verib: "Yəmən Hava Qüvvələrinin Raket Qoşunu İsrailin işğalında olan Yaffo (Tel-Əviv - TASS) rayonundakı hərbi obyektə "Fələstin-2" hipersəs ballistik raketi ilə zərbə endiriblər". 
İsrail ordusunun açıqlamasında Yəməndən atılanraketin ölkənin hava məkanına daxil olmazdan əvvəl HHM sistemi ilə dəf edildiyi bildirilir.
Hürr Tərcüman