Husilər: "Tel-Əvivdəki partlayışı biz törətmişik"
2024-07-19 11:00:34

Hurriyyet.az xəbər verir ki, Yəməndə hakimiyyətdə olan "Ənsərallah" təşkilatı (husilər) Tel-Əviv şəhərinə dronla hücuma görə məsuliyyəti öz üzərlərinə götürüb.
Bu barədə "Frans Press" agentliyi hərəkatın bəyanatına istinadla məlumat yayıb.
"Yerusəlim Post" nəşrinin yazdığına görə, Tel-Əvivdəki partlayış nəticəsində 1 nəfər həlak olub, nəfər yaralanıb. İsrail ordusu "hava obyektinin yerə düşməsi nəticəsində" partlayış baş verdiyini bildirib. Partlayış ABŞ səfirliyinin yaxınlığındakı küçədə baş verib.
Hürr Tərcüman
