Saat:11:13
Haqqımızda

Husilər ABŞ və Britaniya gəmilərini vurublar

2024-02-06 18:14:42

Husilər ABŞ və Britaniya gəmilərini vurublar

Hurriyyet.az xəbər verir ki,  Yəmənin "Ənsar Allah" hərəkatının hərbi təmsilçisi, general Yəhya Sarya husilərin Qırmızı dəniz hövzəsində bir ədəd ABŞ və bir ədəd Britaniya gəmisinə hücum elədiklərini bildirib. O, husilərin "Al Masirah" telekanalının efirindəki çıxışı zamanı deyib: "Yəmənin hərbi-dəniz qüvvələri Qırmızı dənizdə iki hərbi əməliyyat keçiriblər. Onlardan birincisi Amerikanın "Star Nasia", ikincisi isə Britaniyanın "Morning Tide" gəmisinə qarşı yönəldirilib. General hər iki gəminin gəmiəleyhinə raketlərlə "birbaşa və dəqiq zərbələrə" məruz qaldıqlarını deyib. Onun sözlərinə görə, husilər "təcavüzə cavab vermək kimi qanuni hüquqlarının çərçivəsində Qırmızı dənizdə və Ərəb dənizində bütün düşmən ABŞ və Britaniya hədəflərinə qarşı daha güclü hərbi əməliyyatlar aparacaqlar".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182766