Saat:21:43
Haqqımızda

Husilər 5 rayonu ələ keçirdiklərini bildirdilər

2021-10-18 12:36:00

Husilər 5 rayonu ələ keçirdiklərini bildirdilər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, husilər – İranın dəstəklədiyi “Ənsarullah” hərəkatının nümayəndələri Yəmənin Maarib ilə Şabve vilayətlərinin beş rayonununu ələ keçirdiklərini bildiriblər.

Husilərin hərbi nümayəndəsi Yəhya Seri “Əl-Mesira” telekanalının efirindəki çıxışında “Maarib ilə Şabverdə aparılan əməliyyatların uğurla nəticələndiyini” bəyan edib. Onun sözlərinə görə, husilər Şabvenin Asilan, Bayran və Ayn, Maribin Harib və Əl-Əbdiya rayonlarına nəzarəti ələ keçiriblər. Seri həm də Maarib şəhərinin Cabal-Murad və Cabva rayonlarına qismən nəzarətin ələ keçirildiyini söyləyib.

O,  toqquşmalar zamanı hökumətin yüzlərlə qulluqçusunun öldürüldüyü, yaralandığı və əsir götürüldüyünü iddia edib.

Adının açıqlanmasını istəməyən hərbi mənbə bundan əvvəl bildirmişdi ki, husilər Əl Əbdiya rayonunu tam nəzarətə götürüblər. Əl Əbdiyadakı toqquşmalarda İslahatlar partiyasının nümayəndəsi həlak olub.

Yəmən hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR