Hüseyn Cavid: dərin və bənzərsiz sözün Allahı! – ELDAR SABİROĞLU YAZIR
.jpg)
Hüseyn Cavid qədər sevdiyim, hər misrasının, hər sözünün vurğunu olduğum bəlkə də ikinci şair yoxdur mənim üçün. Cavid əfəndi sadəcə şair olmayıb, o, bütün mənalarda dərin və bənzərsiz sözün Allahı olub. Onun hər kəlməsi fəlsəfədir.
Cavidi anlamaq, onu təsvir etmək üçün fikir və düşüncəni Cavidin yarısı qədər bilmək hökmən gərəkdir. Bu böyük fəlsəfi şairi mənə sevdirən əziz atam Sabirin ona bəslədiyi əlçatmaz məhəbbəti olub. Günlərin birində həyətimizdə bir məclis qurulmuşdu. Atam Cavid Əfəndidən şerlər deyirdi. Heç kim danışmırdı, atamı dinləyirdi.
Böyük ustaddan atamın dediyi son misralar onun gözlərini yaşartdı:
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölüm qədər zəhərli.
Ölmək də xoşdur, həyat da xoşdur.
Qayəsiz həyatda ölüm də boşdur.
Nə qədər düz və ya səhv dedimsə, Cavid əfəndinin ruhu məni bağışlasın. Ancaq vətəndən uzaqlarda haradan bu xatirə gəlib yadıma düşdü, heç özüm də bilmədim.
Eldar SABİROĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya