“HÜRRİYYƏT“İN YAZISINA DİN-dən REAKSİYA – Zeyni Hüseynov: “İlham Nurəliyevin iddiaları subyektiv mülahizələrə əsaslanır”

2022-06-09 19:12:00

“HÜRRİYYƏT“İN YAZISINA DİN-dən REAKSİYA – Zeyni Hüseynov: “İlham Nurəliyevin iddiaları subyektiv mülahizələrə əsaslanır”

Lənkəran şəhəri sakini İlham Nurəliyevin qohumu Elmin Kazımlıya qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları barədə iddiaları subyektiv mülahizələrə əsaslanır”.

DİN Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov “Hürriyyət”ə bildirib ki, həmin iddialar əsasında müvafiq araşdırmalar aparılıb:

“Araşdırmalarla müəyyən olunub ki, baş idarəyə bilavasitə tabe olan Cənub bölgəsində regional şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Valeh İsa saxlanılaraq üzərindən 0,795 qram çəkidə narkotik vasitə olan marixuana aşkarlanıb. Aşkar edilən narkotik vasitə şəxsi istehlak miqdarından artıq olmadığı üçün V.İsa həmin gün sərbəst buraxılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib.

İş üzrə bir sıra halların aydınlaşdırılması məqsədilə E.Kazımlı şöbəyə dəvət olunaraq izahatı alındıqdan sonra o da sərbəst buraxılıb. Araşdırmalarla polis əməkdaşları tərəfindən onlara qarşı hər hanası qanunazidd hərəkətlərə yol verilməsi təsdiqini tapmayıb.

Dayısının “pulunu kif basan” tələbəni narkotik ittihamı ilə saxladılar, amma... - ŞOK OLAY

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, İ.Nurəliyevin subyektiv mülahizələrə əsaslanan iddialarının hüquqi əsası yoxdur”.

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya