Saat:07:59
Haqqımızda

“Hürriyyət”in yazısına DİN-dən REAKSİYA - “Vətəndaşın mülkiyyət hüququ pozulmayıb...”

2024-01-29 19:10:38

“Hürriyyət”in yazısına DİN-dən REAKSİYA - “Vətəndaşın mülkiyyət hüququ pozulmayıb...”

Hurriyyet.az saytında dərc olunan “Cəlilabad sakini anasına aid torpaq sahəsinin saxta sənədlərlə ələ keçirildiyini bildirir” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Hurriyyet.az-a bildirilib ki, vətəndaşın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmayıb:

“Həmin müraciət əsasında Cəlilabad Rayon Polis Şöbəsində aparılan araşdırmanın və müvafiq dövlət qurumunun verdiyi rəy nəticəsində sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmadığı, ümumilikdə isə toplanmış materialda cinayət hadisəsinin olmadığı müəyyən edilib. Buna görə də həmin material üzrə cinayət işinin başlanması rədd edilib. Bununla yanaşı vətəndaşa məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu da izah edilib”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176319