Saat:23:32
Haqqımızda

"Hürriyyət"in müdaxiləsindən sonra "Sabunçu xəstəxanası"nın terapiya şöbəsindəki XƏSTƏNİN PROBLEMİ HƏLLİNİ TAPDI

2023-11-07 14:22:24

Nağı Allahverdi: "Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər aidiyyəti qurumlar 3 saylı Şəhər Klinik Xəstəxanasının terapiya şöbəsində baş verən olaylarla bağlı müvafiq tədbirlər görməlidirlər"

"İlham adlı xəstə Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının (Söhbət hər kəsin "Sabunçu xəstəxanası" kimi tanıdığı tibb müəssisəsindən gedir-red.) terapiya şöbəsində yatır. Vəziyyəti olduqca acınacaqlı idi və imdad diləyirdi. Palatadakı bir xəstədən xahiş etdi ki, onu şöbə müdirinin yanına aparsın ki, vəziyyəti anlatsın". Hurriyyet.az xəbər verir ki, bunu Nağı Allahverdi adlı şəxs "facebook" sosial şəbəkəsində paylaşıb.

Nağı Allahverdinin sözlərinə görə, qayıtdıqdan sonra İlham adlı həmin şəxs ağlamağa başlayıb və "şöbə müdiri məni qəbul etmədi, heç üzümə də baxmadı, qapıdan qovdu", deyə bildirib: "Mən də onun videosunu çəkib dəyərli dostumuz, "Hürriyyət" qəzetinin, Hurriyyet.az saytının və Hurriyyet TV-nin baş redakrotu Vüqar Məmmədova göndərdim və xahiş etdim ki, həmin xəstənin durumunu aidiyyəti qurumlara çatdırılmasında yardımçı olsun. Vüqar bəy də öz növbəsində, məsələni həm Hurriyyet TV-də və saytlarında yerləşdirdi. Bundan sonra isə rəhbərlik gəldi və xəstəyə lazımı tibbi yardım edildi, təcili yardım çağırıb onu harasa apardılar. Bir neçə saat keçdikdən sonra gətirdilər və artıq qarnının suyu çəkilmişdi. Vüqar bəy və "Hürriyyət"in kollektivi sağ olsunlar, məhz onların sayəsində xəstə artıq normal vəziyyətə düşüb, iki gündür ki, onun başına fırlanırlar. Axı, niyə bunu əvvəldən etmirdiniz?.."

Nağı Allahverdi qeyd edib ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında ümumi vəziyyət pis deyil, yeməkləri, səliqə-sahmanı yerindədədir, yaxşı həkimləri var: "Baş həkim imanlı adamdır. Ancaq nə etmək olar ki, terapiya şöbəsinin müdiri onların əməyini heçə endirir. Videonu "Hürriyyət"ə göndərdikdən bir qədər sonra mənə dedilər ki, şöbə müdiri səni çağırır. O isə dedi ki, baş həkim səni çağırır. Getdim onun yanına, vəziyyətimlə maraqlandı. Dedim ki, şəkərli diabet olduğuma görə gün ərzində 5-10 kilometr gəzirəm. Bildirdi ki, ancaq xəstəxananın ərazisində gəzə bilərsən. "Baş üstə deyim yanından ayrıldım. Həmin gün iynəmin vaxtında dedilər ki, səni artıq xəstəxanadan azad ediblər. Beləcə, şöbə müdiri məni baş həkimin yanına göndərir, sonra xəstəxanadan çıxarır ki, onun yox, məhz baş həkim haqda pis fikirləşim".

Nağı Allahverdi həmçinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər aidiyyəti qurumların 3 saylı Şəhər Klinik Xəstəxanasının terapiya şöbəsində baş verən olaylarla bağlı müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: "Onu da qeyd edim ki, xəstəxananın terapiya şöbəsindəki Həmdulla adlı digər xəstənin acınacaqlı durumunun videosunu çəkərkən ara qarışdı, məzhəb itdi. Belə ki, xəstəxananın təhlükəsizlik əməkdaşlarını palataya çağırıb videonu sildirmək, telefonumu əlimdən almaq istədilər. Lakin təhlükəzilik əməkdaşlarının rəisləri gəlib video baxdı və gülüb getdi. Nə isə Həmdulla evsiz-eşiksiz, sahibsizdir. Onu "sosial" gətirdiyi üçün xəstəxana hədsiz güzəşt edir. Artıq necə gündür ki, onu xəstəxanadan rəsmən çıxarsalar da yenə həmin palatada qalır. Yeməyi yedirdə bilmirlər, vəziyyəti heç də yaxşı deyil. Xəstəxanadan "sosial"a desələr də əhəmiyyət verən yoxdur. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu kateqoriyadan olan xəstələr üçün xüsusi xəstəxanası, həkimləri var. Niyə orda qalmalarını təmin etmirlər? Axı, 3 saylı Şəhər Klinik Xəstəxanasında onun natəmizliyinə görə narazılıq yaranır. Ümid edirəm ki, müvafiq qurumların müdaxiləsindən sonra bu məsələ müsbət həllini tapacaq".

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.650142