“HÜRRİYYƏT”İN DEPUTATLIĞA NAMİZƏDİ – Vüqar Məmmədov imza kampaniyasını davam etdirir
Baş redaktor 25 saylı Nizami ikinci seçki dairəsindən namizəd olacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Partiyasının (ADP) deputatlığa namizədləri siyahısında “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) adı da yer alır. V.Məmmodun namizədliyi 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülüb.
Hurriyyet.az Baş redaktorun Seçki Qərargahına istinadən xəbər verir ki, ötən gündən etibarən Vüqar Məmmədovun imzatoplama kampaniyasına start verilib. Məlumata əsasən, Baş redaktorun yenidən 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini irəli sürməsi seçicilər tərəfindən böyük maraqla qarşılanıb. Hətta könüllü şəkildə imza kampaniyasına qoşulan və namizədin Seçki Qərargahının işinə dəstək verən seçicilərin olduğu da bildirilir.
Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyası (APA) 25 saylı Nizami ikinci seçki dairəsindən Vüqar Məmmədova qarşı “ən uzaqvuran toplarından” birinin – Baş nazirin müavini Əli Əhmədovun namizədliyini irəli sürsə də, imza kampaniyası çərçivəsində sakinlərlə aparılan söhbətlərdən belə aydın olur ki, seçkilər demokratik keçiriləcəksə, Baş redaktorun Milli Məclisə üzv seçilməsi ehtimalı daha yüksəkdir.
Hurriyyet.az