“Hürriyyət”in baş redaktorundan Dövlət Vergi Xidmətinin rəisinə müraciət

2022-06-21 09:19:00

“Hürriyyət”in baş redaktorundan Dövlət Vergi Xidmətinin rəisinə müraciət

Vüqar Məmmədov: “Nazirlər Kabinentinin üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsi məndən qanunsuz olaraq olaraq külli miqdarda ƏDV-in tutulmasına əsas verə bilməz”

“Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab Orxan Nəzərli!

Məlumunuz olduğu kimi, 2022-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişkiliyə görə, həmin məcəllənin 164.1.7-ci əsasən “kütləvi informasiya vasitələri məhsullarının və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı” əlavə dəyər vergisindən azad edilib. Buna baxmayaraq, 22 aprel 2022-ci il tarixdə Azərbaycana idxal etdiyim nəzərdə tutalan məhsulun idxalı ilə bağlı məndən 13 390.11 AZN ƏDV tutulmuşdur. Daha doğrusu, həmin məbləği ödəmək məcburiyyətində qalmışam. Buna səbəb kimi isə Azərbaycan Respublikasının Nazirlər Kabinentinin öz üzərinə düşən öhdəliyini yerinə yetirməməsi, yəni sözügedən kateqoriyaya daxil olan ƏDV-dən azad edilmiş malların siyahısını həmin tarixə qədər tərtib etməməsi göstərilmişdir. Bu da o deməkdir ki, həmin tarixə qədər qüvvədə olan qanunun vətəndaş üçün heç bir hüquqi əhəmiyyəti olmayıb və həmin qanun sadəcə formal xarakter daşıyıb. Bu isə əlbəttə ki, yolverilməzdir və anti-konstitusiondur.

Digər tərəfdən, tərəfimdən idxal edilən məhsullara münasibətdə NK-in qərarının olub-olmaması əhəmiyyət kəsb edə bilməzdi. Ona görə ki, həmin məhsulların adı və təsviri hazırda qüvvədə olan Vergi Məcəlləsinin sözügedən maddəsinin təsvirinə tam uyğun gəlir. Bununla belə, hesab edirəm ki, Nazirlər Kabinentinin sözügedən dəyişikliklə bağlı üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsi məndən qanunsuz olaraq olaraq külli miqdarda ƏDV-in tutulmasına əsas verə bilməz. Bu hal, sözsüz ki, qanunsuzdur.

Odur ki, qeyd edilənləri nəzərə alaraq, bu müraciətlə sizdən xahiş edirəm ki, məndən qanunsuz olaraq tutulmuş 13 390.11 AZN ƏDV-in geri qaytarılması haqqında müvafiq göstəriş verəsiniz”.

Hazırladı: RƏŞAD


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya