Saat:15:47
Haqqımızda

"HÜRRİYYƏT"İN BAŞ REDAKTORU HƏBS EDİLDİ - ​​​​​​​Məhkəmə Vüqar Məmmədovu qanunsuz olaraq 1 ay müddətinə azadlıqdan məhrum etdi

2023-07-24 21:11:00

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Hurriyyet.az xəbər verir ki, bu gün günorta saatlarında Vüqar Məmmədov və istefada olan polkovnik Elnur Məmmədov “Hurriyyet TV”-dəki çıxışları ilə əlaqədar olaraq Baş Prokurorluğa dəvət olunub. Hər ikisi müstəntiqin dəvətini qəbul edərək Baş Prokurorluğa gedib və orada ifadə veriblər. Bundan sonra V.Məmmədov və E.Məmmədov polis maşınına mindirilərək, Nərimanov Rayon Məhkəməsinə aparılıblar.

Qeyd edək ki, baş redaktorun və polkovnikin hansı məhkəməyə aparıldığı ilk öncə gizli saxlanılıb. Belə ki, onların gah Binəqədi Rayon Məhkəməsinə, gah da Nərimanov Rayon Məhkəmsinə aparıldığı bildirilib. Ancaq hər iki məhkəmə deyilən informasiyanı təkzib edib. Saatlar sonra isə Nərimanov Rayon Məhkəmsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə V.Məmmədov qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Əlavə məlumat veriləcək.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.253524