“Hürriyyət”də dərc olunan yazıya Dövlət Sosial Müdafiə Fondundan REAKSİYA
2024-12-25 10:42:17
Hurriyyet.az saytında dərc olunan ""Heç bir yerdən gəlirim yoxdur, uşaqlarım çox vaxt ac yatır” – Astara sakinindən MÜRACİƏT” sərlövhəli yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan reaksiya verilib.
Qurumun saytımıza verdiyi açıqlamasını olduğu kimi dərc edirik:
“Astara rayon sakini İbrahimov Bəhruz Amil oğlunun ailəsinin ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciətinə əsasən sözügedən şəxsin məşğulluğunu təmin edən sosial sığorta ödənişlərinin olmadığına görə müraciətə imtina verilib.”
Aynurə MUSTAFAYEVA
