Saat:07:18
Haqqımızda

Hurriyyet.az-da dərc olunan yazıya LƏNKƏRAN İCRA HAKİMİYYƏTİNDƏN REAKSİYA

2024-01-26 13:29:21

Hurriyyet.az-da dərc olunan yazıya LƏNKƏRAN İCRA HAKİMİYYƏTİNDƏN REAKSİYA

Bugünlərdə Hurriyyet.az-da "Lənkəran İcra Hakimiyyətinin iş bitəndən sonra açıqladığı tenderin gizlinləri göründü" başlıqlı yazıya adıçəkilən icra hakimiyyətindən reaksiya gəlib.

Bununla bağlı elektron ünvanımıza daxil olan məktubda deyilir ki, Lənkəran ərazisində hər hansı işin görülməsi üçün şəhər büdcəsində nəzərdə tutulmuş vəsait hesabına işlərin satın alınmasını həyata keçirmək məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tender komissiyası yaradılır: "Bir sıra mətbuat orqanlarında Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH)tərəfindən şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq işlərin satınalmasıyla bağlı səsləndirilən fikirlərə cavab olaraq bildiririk ki, Lənkəran ərazisində hər hansı işin görülməsi  üçün  şəhər büdcəsində nəzərdə tutulmuş vəsait hesabına işlərin satın alınmasını həyata keçirmək məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tender komissiyası yaradılır. Keçirilmiş elektron açıq tender üçün “etender.gov.az” portalında elan dərc olunur və tenderdə iştirak edən təşkilatlar e-tender.gov.az portalında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışlar, iş təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları barədə arayışları portala göndərilir. Tenderin nəticələri e-tender.gov.az portal vastəsilə elektron protokolla rəsmiləşdirilir və tenderin nəticələri üzrə iştirak etmiş təşkilatlardan birinci yeri tutanla işlərin görülməsi üçün müqavilə bağlanmasına əsas verən elektron açıq tenderin yekun protokolu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilib. Xidmət tərəfindən yoxlanılıb qeydə alınmış və “MARS CONSTRUCTION” MMC ilə müqavilə bağlanılaraq 30 dekabr 2023-cü il tarixədək işlər təhvil verilmişdir".

Sonda o da əlavə edilib ki, “MARS CONSTRUCTION” MMC ilə bağlanmış müqavilə “etender.gov.az” portalında elan dərc olunub.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184793