“Hürriyyət” yazdı, sakinlərin problemi qısa müddətdə həll olundu – “AZƏRİŞIQ” RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜRLƏR! / VİDEO, FOTO
02.08.2024-cü il tarixində Hurriyyet.az saytında “BU MƏMURLAR BİZİM ÖLÜMÜMÜZÜ GÖZLƏYİR?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Şəmkir rayonu, Düşqışlaq kənd sakini Süleymanov Fizuli Ələkbər oğlu yaşadıqları ərazidə elektrik dirəklərinin təhlükəli vəziyyətdə olduğu, “ölüm saçdığı” haqda məlumat vermiş və “Azərişıq” ACS-nin rəhbərliyini ittiham etmişdi.
Qeyd edek ki, vətəndaşın bu müraciəti saytımızda işıq üzü gördükdən sonra “Azərişıq” ACS-nin rəhbərliyi məsələyə operativ reaksiya vermiş və sakinləri narahat edən problemin aradan qaldırılması istiqamətində təcili tədbirlər görülmüşdür.
Bu baxımdan, Hurriyyet.az olaraq “Azərişıq” ACS-nin rəhbər şəxslərinə öz adımızdan və sakinlərin adından təşəkkürümüzü çatdırırıq. İnanırıq ki, gələcəkdə bu kimi problemlər mətbuat səhifəsinə çıxarılmadan, operativ şəkildə həll olunacaq.
Jalə FAMİLQIZI
P.S. “Hürriyyət”in suallarını hər zaman operativ şəkildə cavablandıran “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbərinə və əməkdaşlarına da ayrıca təşəkkür edirik.