“Hürriyyət” yazdı, İmişli sakininin problemi həllini tapdı

2022-04-26 01:03:00

“Hürriyyət” yazdı, İmişli sakininin problemi həllini tapdı

“Hürriyyət”in ötən sayında dərc olunan “Kimin pulu, arxası varsa ƏƏSMN onun işini düzəldir”sərlövhəli yazıda İmişli şəhəri, Lətif Vəliyev küçəsi, 38 saylı evin sakini, 2-ci qrup əlil, beyin xəstəsi, iki tələbə atası Zülfüqarov Mirzalı Əvəz oğlunun şikayətindən bəhs olunurdu. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən 47 yaşlı şikayətçi iddia edirdi ki, uşaqlıqdan xəstə və əlil olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) pensiyasını və sosial yardımını dayandırıb.

“Övladlarımın, yaxınlarımın üzünə baxa bilmirəm. Slavyan Universitetinin tələbəsi olan övladım pullu oxuyur, 800 manat təhsil haqqını ödəyə bilmirəm. İki ilə yaxındır ki, VMTAŞ-a sənədlərimi vursalar da imtina gəlir, həkimlər deyirlər ki, ya gedib Bakıda xəstəxanada yatmalısan, ya da pul verməlisən. Hətta dələduzun biri məndən üç min manat istədi ki, “kartını alandan sonra ödəyərsən”. Çoxlarının pensiyasını həmin dələduz təyin etdirib. Kimin pulu, arxası varsa ƏƏSMN onun işini düzəldir”, - deyə o vurğulamışdı.

Əldə etdiyimiz məlumata görə, Mirzalı Zülfüqarovun şikayəti qəzetimizdə işıq üzü gördükdən sonra rəsmi qurumlar onun problemini həll edib. Bu haqda redaksiyamıza qardaşı, ADP İmişli RT-nin sədri Məhbub Zülfüqarlı məlumat verib.

““Hürriyyət” yazandan sonra dünən (srağagün – red.) İmişli Məşğulluq İdarəsinin rəisi bizə gəlib, qardaşım Mirzalıya deyib ki, məni başçı və ƏƏSMN göndərib, artıq səni işə götürmüşük. Üstəlik, Milli Məclisin deputatı cənab Razi Nurullayev də israrla tələb edib ki, Mirzalı Zülfüqarovu işə qəbul edin. Hansı ki, 3 gün əvvəl həmin idarədən Mirzalıya bildirilmişdi ki, bizdə vakant iş yoxdur”, - deyə M.Zülfüqarlı bildirib.

KƏNAN


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya