Saat:14:44
Haqqımızda

Hürriyyət yazdı, FHN hərəkətə keçdi - “LUXE HOME” MTK-NIN KRANLARI SÖKÜLDÜ

2022-01-18 16:48:00

Hürriyyət yazdı, FHN hərəkətə keçdi - “LUXE HOME” MTK-NIN KRANLARI SÖKÜLDÜ

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Hurriyyet.az FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yaşayan vətəndaş FHN-in “112” qaynar telefon xəttinə müraciət edərək yaşadığı fərdi yaşayış evinə yaxın ərazidə “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri zamanı krandan təhlükəli istifadə edildiyini bildirib.

Müraciət əsasında FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kranın istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının pozulmasına, o cümlədən kranın qolunun ətrafdakı evlərin üzəri ilə hərəkət etməsinə yol verilir ki, bu da insan həyatı və sağlamlığı, habelə ətrafdakı tikililər üçün real təhlükə yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, Agentiyin mütəxəssisləri tərəfindən qülləli kranın istismarı dayandırılıb və tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə kranın sökülərək ərazidən çıxarılması tələbi ilə müvafiq akt tərtib edilib.

Qeyd edək ki, Ötən həftə Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi 7 ünvanında yaşayan Cəlil Rəşidov "Hurriyyet"ə olan müraciətini yayımlamışdıq. O müraciətində bildirmişdi ki, iki ildən çoxdur ki, “Luxe Home” MMC tikinti şirkəti evin düz yanında hündürmətəbəli bina tikir. Şikayətçi bildirir ki, aparılan tikinti işləri ilə bağlı mənzilinin divarları zədələnib. Bu azmış kimi işçilərin söyüşləri və səs-küy də onu aidiyyatı qurumlara müraciət etməyə vadar edib. Cəlil Rəşidov qeyd edir ki, “Luxe Home” MMC mənzilin yaxınlığında qanunsuz tikinti işi aparmaqla yanaşı, onu da mənzilindən zorla çıxartmaqla hədələyir.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR