Saat:14:47
Haqqımızda

“Hurriyyet TV”-yə qarşı növbəti haker hücumları… – BAŞ REDAKTOR RƏSMİ QURUMLARA MÜRACİƏT ETDİ

2023-03-12 09:42:00

“Hurriyyet TV”-yə qarşı növbəti haker hücumları… – BAŞ REDAKTOR RƏSMİ QURUMLARA MÜRACİƏT ETDİ

“Hürriyyət” qəzetinə məxsus 108 min nəfərlik “YouTube” telekanalına qarşı növbəti haker hücumları olub.

Hurriyyet.az xəbər verir ki, “Hurriyyet TV”-nin “Youtube” kanalını ələ keçirən hakerlər bütün e-mail hesablarının parollarını və telefon nömrələrini dəyişdikləri üçün adminlərin kanala giriş etməsi mümkün deyil. Bundan əlavə, “Hurriyyet TV”-nin bir çox videoları silinib və ya müxtəlif xarici internet kanallarına yönləndirilib.

Qeyd edək ki, “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı sayt və “Youtube” kanalının Baş redaktoru Vüqar Məmmədov bu kiberhücumlarla bağlı Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xİdmətinin (DTX) rəisi Əli Nağıyevə, eləcə də Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə müraciət ünvanlayıb.

Baş redaktor müraciətində dünən günorta saatlarında “Hurriyyet TV”-nin təxminən 108 min nəfər izləyicisi olan “YouTube” kanalının hakerlər tərəfindən ələ keçirildiyini bildirir  və bu kiberhücumu həyata keçirən şəxslərin, o cümlədən də sifarişçilərin tezliklər tapılması və kanalın öz fəaliyyətini bərpa etməsi üçün müvafiq qurumlara göstəriş vermələrini xahiş edir.

Maraqlıdır ki, “Hurriyyet TV”-nin texniki əməkdaşları bu kiberhücumların ölkə daxilindən edildiyini istisna etmir. Bu baxımdan, rəsmi qurumların müdaxiləsi ilə problemin tezliklə aradan qalxacağını güman edirlər.

Onu da qeyd edək ki, məlum problem səbəbindən, TV-nin bu gün saat 12.00-a nəzərdə tutulan canlı yayımı efirə getməyəcək.

Hurriyyet.az

P.S. Rəsmu qurumların diqqətinə çatdıraq ki, "Hurriyyet TV"-yə hücum "[email protected]" elektron poçtu üzərindən həyata keçirilib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR