“Hurriyyet TV”-yə haker hücumunun arxasında duran məmurun kimliyi ortaya çıxdı – BAŞ REDAKTOR DİN VƏ DTX RƏHBƏRLƏRİNƏ MÜRACİƏT ETDİ

2022-05-27 21:47:00

“Hurriyyet TV”-yə haker hücumunun arxasında duran məmurun kimliyi ortaya çıxdı – BAŞ REDAKTOR DİN VƏ DTX RƏHBƏRLƏRİNƏ MÜRACİƏT ETDİ

“Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədov Daxili İşlər naziri Vilayət Eyvazova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib. Həmin müraciəti olduğu kimi oxucularımıza təqdim edirik:

Cənab nazir!

Cənab rəis!

Diqqətinizə çatdırmaq istəyirəm ki, “Hürriyyət” qəzetində, eləcə də eyniadlı Hurriyyet.az saytında və “Hurriyyet TV” internet telekanalında (“Youtube”) bəzi polis əməkdaşlarının qanunsuz fəaliyyəti ilə bağlı apardığımız araşdırma rəhbərlik etdiyim “Hürriyyət” Media Qrupuna qarşı basqıları artırıb. Hələ aylar öncədən Hurriyyet.az saytına qarşı həyata keçirilən çoxsaylı haker hücumlarından sonra, indi də kibercinayətkarlar tərəfindən “Hurriyyet TV” internet telekanalının sıradan çıxarılmasına cəhdlər olunur. Belə ki, son həftələrdə “Hurriyyet TV”-yə çoxsaylı haker hücumları, “Youtube”-yə sistemli şəkildə əsassız şikayətlər etməklə, yəni açıq şəkildə “Hurriyyet TV”-yə qarşı “kiber-terror” həyata keçirməklə internet telekanalının fəaliyyətini iflic duruma gətiriblər.

“Hürriyyət” olaraq apardığımız araşdırma nəticəsində bu hücumlara göstərişin kim tərəfindən verildiyi haqda səhih məlumatlar əldə etmişik. Üstəlik, texniki əməkdaşlarımızın və müraciət etdiyimiz mütəxəssislərin səyi nəticəsində sifariş əsasında “Hurriyyet TV”-yə qarşı kibercinayətkarlıqla məşğul olan şəxsin kimliyini də ortaya çıxara bilmişik. Nə qədər qəribə də olsa qeyd etməliyik ki, “Hürriyyət”ə qarşı “kiber-terror”un arxasında Lənkəran Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin keçmiş rəisi, hazırda Yardımlı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsini daşıyan polis mayoru Zülfüqar Orucov dayanır. Hansı ki, Z.Orucov hələ Lənkəran Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin rəisi vəzifəsində işləyərkən, onun çoxsaylı qanunsuz əməlləri ilə bağlı DİN-ə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etmiş, o cümlədən bir çox cinayət faktlarının üstünün onun tərəfindən ört-basdır edildiyi haqda faktları da təqdim etmişdik. Çox təəssüf edirik ki, bütün bunlardan sonra Zülfüqar Orucov barəsində hüquq müstəvisində araşdırma aprılmaqdansa, o, Yardımlı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edildi.

Bugün çox məsələlərə toxunacağıq

Vüqar Məmmədov

O ki qaldı Z.Orucovun göstərişi ilə “Hurriyyet TV”-yə qarşı kibercinayətkarlıqla məşğul olan şəxsə, müəyyən səbəblərdən onun adını hələ açıqlamağı lazım bilmirik. Lakin apardığımız aparşdırmaya əsasən, bu “haker” mərkəzi qərargahı ABŞ-da olan və “Youtube” ilə milyonluq reklam müqavilələri bağlayan “Yoola_S” reklam şirkəti üzərində “Hurriyyet TV”-yə hücumlar təşkil edir. Bu hücumların qısaca olaraq mahiyyəti ondan ibarətdir ki, guya ““Hurriyet TV” bu şirkətin materiallarından istifadə edərək müəllif hüquqlarını pozur”, “Youtube”-a da bu tipli çoxsaylı şikayətlər yönləndirildiyindən, istər-istəməz internet telekanalımızın fəaliyyəti bloklanır. Çünki “Yoola_S” reklam şirkəti ilə “Youtube” arasında milyonluq reklam müqavilələri olduğundan, “Youtube” “həmin şirkət tərəfindən” daxil olan şikayətlərin araşdırılmasına ehtiyac görmür, nəticədə “Hurriyyet TV” “günah keçisi” durumuna düşür, hansı ki, kibercinayətkarlığın bir növü də məhz bu kimi metodlardır.

Hörmətli Vilayət müəllim!

Hörmətli Əli müəllim!

Qeyd etdiyimiz kiberhucumlarla bağlı əlimizdə ciddi sübutlar mövcuddur. Üstəlik, polis mayoru Zülfüqar Orucovun sifarişi ilə “Hurriyyet TV”-yə qarşı kibercinayətkarlıqla məşğul olan şəxsin kimliyini də rəsmi qurumlara açıqlamağa hazırıq. Amma, hesab edirik ki, burda sifarişi həyata keçirəndən öncə, ilk növbədə həmin sifarişi verən şəxs məsuliyyət daşıyırı. Bu baxımdan, Sizdən xahiş edirik ki, “Hürriyyət” Media Qrupuna qarşı hücumların arxasında dayanan Zülfüqar Orucov barəsində araşdırma aparılması ilə bağlı müvafiq qurumlara göstəriş verəsiniz. Şübhəsiz, bu məsələdə “Hürriyyət” olaraq Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əməkdaşlıq etməyə hazırıq. Əsas niyyətimiz cinayətkarın tezliklə tapılıb ortaya çıxarılması və hüquq müstəvisində məsuliyyətə cəlb olunmasıdır.

Sizə öncədən “Hürriyyət”in kollektivi adından təşəkkür edirik”.

Hurriyyet.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya