“Hüriyyət”də dərc olunan yazıya nazirlikdən REAKSİYA – 51il iş stajı olan müəllimin pensiyası bu səbəbdən kəsilib…
Hurriyyet.az saytında dərc olunan “Pensiyamın qanunsuz olaraq kəsilməsinə dözə bilmirəm” sərlövhəli yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab verilib.
Xatırladaq ki, Xaçmaz rayon sakini Məmmədrəhimova Səxavət Sultanməcid qızı həmi yazıda əmək stajının çox olmasına baxmayaraq, ona təyin olunan sosial ödənişin azlığından şikayətlənirdi.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin cavabını olduğu kimi dərc edirik:
“Şəffaflığın təmin olunması məqsədi ilə mütəmadi keçirilən monitorinqlər zamanı Xaçmaz rayon sakini Məmmədrəhimova Səxavət Sultanməcid qızının da pensiyasının sığorta hissəsi yenidən hesablanıb.
Nəticədə 2021-ci ilin aprelin 1-dən 2024-cü ilin aprelin 30-dək əmək pensiyası üzrə 4859,12 manat məbləğində artıqödəmə müəyyən olunub.
Sözügedən şəxsin pensiyasının sığorta hissəsinin məbləği yenidən hesablanarkən 755.20 manatdan 598.58 manata azaldılıb. 2024-cü ilin mayından etibarən vətəndaşa 598.58 manat ödənilir.
Qanunvericiliyə əsasən vətəndaşa artıq ödəmənin son 3 ilinin geri qaytarılmasına dair bildiriş göndərilib”.
Aynurə İSMAYIL
Hurriyyet.az