“Huner Group”a daxil olan şirkət məcburi auditdən yayındı
2024-11-25 10:18:04
“Premium Medical Assistance” MMC-yə inzibati protokol yazılıb.
Hurriyyet.az xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.
Qeyd: “Huner Group”a daxil olan MMC-nin qanuni təmsilçisi Ehtiram Tofiq oğlu Quliyevdir.