"Hündür mərtəbəli binalardakı əsas təhlükə onların giriş mərtəbəsindədir" - FƏRHAD MEHDİYEV

2023-02-14 11:10:00

"Bu cür binalarda Fövqəladə Hallar Nazirliyi (FHN) giriş və ikinci mərtəbələrdə əlavə gücləndirici vasitələr quraşdırılmasını tələb etmədir"

"Hündür mərtəbəli binalardakı əsas təhlükə onların giriş mərtəbəsindədir. Həmin mərtəbədə əsas qeyri-yaşayış sahələri, ticarət obyektləri olur və ara kəsmə divarları da demək olar ki yoxdur, ancaq beton sütunlardır. Onu da qeyd edim ki, yüngül olsun deyə ara kəsmələrdə istifadə olunan kərpiçlərin təzyiqə qarşı hansısa müqavimət gücü yoxdur". Hurriyyet.az xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevə məxsusdur.

Professorun sözlərinə görə, giriş mərtəbəsində sağlam divarlar olmayınca, mövcud beton sütunların nə qədər dözümlü olacağı sual yaradır: "Bir sallanma halında həmin sütunlar üstündəki ağırlığın da təsirilə dərhal qırılır və çökən binada üst hissə nə qədər sağlam olsa da hər şey dağılır".

Fərhad Mehdiyev hesab edir ki, bu cür binalarda Fövqəladə Hallar Nazirliyi (FHN) giriş və ikinci mərtəbələrdə əlavə gücləndirici vasitələr quraşdırılmasını tələb etmədir: "Bu yerinə görə divar, əlavə dəmir konstrukisya ya da sütunların qalınalaşdırılması ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157649