Hulusi Kılıça Bakıda vəzifə verildi - Foto

2022-01-15 15:14:00

Hulusi Kılıça Bakıda vəzifə verildi - Foto

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç İMZA-nın qardaş ölkədəki nümayəndəsi seçilib.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, H.Kılıçın namizədliyinə İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin bu gün keçirilən yığıncağında yekdilliklə səs verilib.

H.Kılıç müvafiq sənədləri imzalayıb. İMZA-nın sədri Xəyyam Əsgərov H.Kılıça İB-nin üzvlük vəsiqəsini təqdim edib.

İMZA rəhbəri bildirib ki, qardaş ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü günlərinə təsdüf etmiş bu təyinat həm də rəmzi məna daşıyır. X.Əsgərov əlavə edib ki, Hulusi bəy həm də İMZA sədrinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsini də yerinə yetirəcək.

H.Kılıç ona göstərilən bu etimada görə minnətdarlıq edib. Bir İMZA-çı olaraq bundan sonra da xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfələr verəcəyini, İB-nin layihələrinin həyata keçirilməsində öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışacağını və bunda da ən vacib prinsip kimi qəbul etdiyi “Bir millət, iki dövlət” məfkurəsini əsas götürəcəyini deyib.