Hulusi Akar: Yunanıstan cinayət başında tutulub

2022-05-07 23:51:00

Hulusi Akar: Yunanıstan cinayət başında tutulub

Yunanıstan son FRONTEX hadisəsi ilə cinayət başında tutuldu və nəhayət, Avropa Birliyi məhdud dərəcədə də olsa, hadisələri görməyə başladı. "Ölkə.az" xəbər verir ki, bunu Türkiyə 
Milli Müdafiə Naziri Hulusi Akar deyib.

Nazir sərhəd təhlükəsizliyi ilə bağlı saxta xəbərlər, videolar və dezinformasiyalarla fərqli bir təsəvvür yaradılmağa çalışıldığını ifadə edib: “Bütün açıqlamalara və məlumatlara baxmayaraq, təəssüf ki, bəziləri anlamır, dinləmir, həqiqəti görməməkdə israr edir. Sərhədlərin qorunması milli məsələdir. Mehmetçik sərhədlərdə ona verilən imkanlardan ən səmərəli şəkildə istifadə edir, edilməsi lazım olanları uğurla icra edir”. \\Ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya