Hulusi Akar: "Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”

2022-12-24 15:50:00

Hulusi Akar:

"Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, Azərbaycan 44 günlük müharibə ilə haqsız işğala son qoydu:

"Türkiyə minaların təmizlənməsi sahəsində və digər məsələlərdə Azərbaycana dəstək verir".

Nazir, həmçinin söyləyib ki, Yunanıstan hələ də təxribatlarına davam edir:

"NATO Yunanıstanın şıltaqlığına son qoymalıdır. Gözləntimiz bəzi yunan siyasilərinin mövqelərini dəyişmələri və tarixdən dərs çıxarmalıdır. Biz Ege və Aralıq dənizlərinin dostluq dənizləri olmasını istəyirik".

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.160380