Hulusi Akar: “Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”
2023-05-27 15:00:00
“Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”.
Hurriyyet.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, terrorçulara qarşı mübarizə uğurla davam edir: “Ən sonuncu terrorçu məhv edilənədək əməliyyatlarımız davam edəcək. Bizim yeganə hədəfimiz terrorçulardır. Onların iki yolu var: ya təslim olmalı, ya da gizləndikləri mağaralarda ölməlidirlər”.
H.Akar bildirib ki, terrorçuları narahat edən əsas məsələlərdən biri Türkiyənin milli müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlardır.
yenisabah.az