Hulusi Akar: “Şoyqu və ukraynalı dostlarımızla yenidən görüşəcəyik”

2022-07-23 12:24:00

Hulusi Akar: “Şoyqu və ukraynalı dostlarımızla yenidən görüşəcəyik”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə əlavə görüş keçirməyə hazırlaşır. Bu barədə o, CNN Türk kanalına müsahibəsində məlumat verib.

Hulusi Akar deyib: “Bir müddət sonra biz Sergey Şoyqu və ukraynalı dostlarımızla əlavə görüşlər keçirəcəyik”.

Akarın sözlərinə görə, Türkiyə onların seçdikləri heyətlərin yaxın zamanda Türkiyə koordinasiya mərkəzinə göndərmələrini gözləyir. Türkiyənin Müdafiə naziri deyib: “Mərkəz işə başlayan kimi, əməliyyatlar buradan koordinasiya ediləcək”.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT təmsilçiləri Qara dənizdən Ukraynanın kənd təsərrüfatı məhsullarını çıxarmaq üçün taxıl dəhlizinin yaradılması barəsində müqavilə imzalayıblar. Müqavilədə koordinasiya mərkəzinin yaradılacağı qeyd edilib. Mərkəzin nümayəndələri silah qaçaqçılığının və təxribatların qarşısını almaq üçün taxıl daşıyan gəmilərə nəzarət edəcəklər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055997