Hulusi Akar Sergey Şoyqu ilə danışdı
2022-06-07 20:29:00

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Bu barədə məlumatı Türkiyənin MMN verib
Telefon danışığı zamanı Ukrayna ilə Suriya başda olmaqla, ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri müzakirə edilib.
Hulusi Akar Suriyanın şimalındakı sabitliyi pozmaq üçün artan cəhdlərə lazımi cavabın veriləcəyini, regionda terrorçuların varlığının qəbuledilməz olduğunu və bu sahədə əvvəldən əldə edilmiş razılıqlara riayət edilməsinin lazım olduğunu xatırladıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya