Saat:18:59
Haqqımızda

Hulusi Akar Moskva görüşü barəsində açıqlama verdi

2022-12-29 13:46:00

Hulusi Akar Moskva görüşü barəsində açıqlama verdi

11 ildən sonra ilk dəfə

Hurriyyet.az xəbər verir ki, dekabrın 28-də Moskvada Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidan Moskvada RF Müdafiə naziri Sergey Şoyqu və Suriyanın Müdafiə naziri Əli Mahmud Abbasla görüşüblər. Danışıqlarda Rusiya ilə Suriyanın da kəşfiyyat xidmətlərinin başçıları iştirak ediblər. Görüşdə Suriyadakı böhranlı vəziyyət, qaçqın problemi və Suriya ərazisində fəaliyyət göstərən terrortəşkilatlarına qarşı qarşılıqı mübarizə məsələləri müzakirə edilib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar görüşdən sonra bəyan edib ki, Ankara Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və ölkənin yeganə məqsədi terrorçuluqla mübarizədir.

Moskva görüşü Ankara ilə Dəməşq arasında son 11 ildəki ilk rəsmi danışıqlardır.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Hulusi Akar deyib: “Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri terrorçuluqla mübarizə oldu. Biz bütün qonşularımızın, xüsusilə də Suriya ilə İraqın ərazi bütövlüyünə hörmətlə yanaşdığımızı vurğuladıq. Bildirdik ki, bizim yeganə hədəfimiz terrorçuluqla mübarizədir və başqa məqsədimiz yoxdur. Biz Suriya üçün təhdid olan PKK/YPG və İŞİD kimi terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyə çalışdığımızı bəyan etdik”.

Hürr Tərcüman

Переговоры глав министерств обороны России, Сирии и Турции состоялись в  Москве. Новости. Первый канал

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR