Hulusi Akar İsveçə xəbərdarlıq etdi
2023-01-23 18:38:00

Hurriyyet.az xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludanın şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Quran”ın yandırılması ilə əlaqədar Türkiyənin İsveçin NATO-ya üzv olmasına veto qoymaq hüququndann istifadə edə biləcəyini bildirib.
Türkiyə XİN isə bəyan edib ki, bu aksiya Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsinin göstəricisidir.
Türkyənin “A Haber” kanalının verdiyi xəbərə görə nazir Hulusi Akar deyib: “Əgər işlər belə davam eləsə, bizim münasibətimiz çox qəti və aydın olacaqdır”.
İsveç ilə Finlandiyanın NATO-ya daxil olması müraciətlərinə yalnız Türkiyə ilə Macarıstan təsdiq cavabı verməyiblər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya