
Hulusi Akar antiterror əməliyyatından danışdı – onlarla terrorçu zərərsizləşdirilib
2022-04-20 16:56:00

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Pəncə-Kilid” əməliyyatı nəticəsində 30 nəfər terrorçunun zərərsizləşdirildiyini bildirib. Nazir bu açıqlamanı Türkiyə Parlamentində, AKP partiyasının qrup iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib.
Akar terror mağaralarının bircə-bircə təmizlənməsinin lazım olduğunu söyləyib.
Hürr Tərcüman

Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya