Saat:11:42
Haqqımızda

“Hraparak”: “Paşinyan Əliyevin tələb elədiyi dəhlizdən imtina edə bilməz”

2023-06-01 12:59:00

“Hraparak”: “Paşinyan Əliyevin tələb elədiyi dəhlizdən imtina edə bilməz”

Hurriyyet.az xəbər verir ki, RF Baş nazirinin müavini Aleksey Overçuk yaxın günlərdə Moskvada Ermənistan, Azərbaycan və Rusiyanın baş nazir müavinlərinin üçtərfli görüşünün keçiriləcəyini, görüş zamanı Azərbaycan ilə Ermənistan arasında sərhəd keçidi modeli ilə bağlı texniki detalların müzakirə ediləcəyini deyib.  

Bu barədə Ermənistanda dərc edilən “Hraparak” qəzeti məlumat yayıb.

Məqalədə deyilir: “Sərhədlərdə pasport, gömrük və ümumiyyətlə beynəlxalq sərhədlərdə mövcud olan bütün yoxlama növləri olacaqdır. Bu, məhz İlham Əliyevin tələb elədiyi dəhlizdir, sadəcə, “yol” adlandırılacaq. Son günlərdə hakimiyyət dairələrində danışırlar ki, Paşinyan Azərbaycandan çox Rusiyanın tələb elədiyi dəhlizi təqdim eləməkdən imtina edə bilməz. Lakin, ola bilsin ki, Paşinyan yolu qısa müddət ərzində - cəmi 3 və ya 5 ilə istifadəyə versin”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR