Hollandiyaya 70 min meymunçiəyi peyvənd gətirildi – risk qrupuna kimlər daxildir?

2022-07-25 16:23:00

Hollandiyaya 70 min meymunçiəyi peyvənd gətirildi – risk qrupuna kimlər daxildir?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Hollandiyada risk qrupuna daxil olan şəxslər üçün meymunçiçəyi virusuna qarşı peyvəndlərin başlandığı açıqlanıb. Hollandiyada 21 iyul tarixinə qədər artıq 712 nəfərdə bu virus aşkar edilib.

Peyvəndin dörd həftə fasilə ilə 2 dozada vurulacağı bildirilir.

Hollandiyaya ümumilikdə 70 min meymunçuçəyi peyvəndi gətirilib.

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində Fransada müəyyən risk qruplarına meymunçiçəyinə qarşı peyvənd tövsiyə edildiyi elan edilib. Söhbət homoseksualistlərdən, transgenderlərdən və “ümumi evlər”in işçilərindən gedir. Bu virus adi təmas yolu ilə yayılsa da, ona yoluxma hallarının ən çox seksual azlıqların nümayəndələrində rast gəlindiyi qeyd edilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054104