Holland seysmoloq Frank Huqerbits: Yeni "meqazəlzələ" gözlənilir
.jpg)
Mart ayında dünya yeni güclü zəlzələ ilə üzləşə bilər. Bunu holland seysmoloq Frank Huqerbits deyib. Onun video analizi işlədiyi “Solar System Geometry Survey” (SSGEOS) elmi təşkilatının saytında dərc olunub.
Seysmoloqun sözlərinə görə, güclü seysmik aktivlik və “meqazəlzələ” martın 3-4-də və ya martın 6-7-də baş verə bilər. Yeraltı təkanlar Kamçatka, Kuril adaları, Yaponiya və digər bölgələrdə də hiss oluna bilər. Meqazəlzələ, həmin zonanın bir tektonik plitəsi digəri ilə toqquşduğu zaman qırılan plitə sərhədlərində baş verən zəlzələdir. Bu tip zəlzələ planetdə ən güclü zəlzələdir və maqnitudası 9 baldan böyükdür.
Huqerbits Türkiyə və Suriyada son dağıdıcı zəlzələləri proqnozlaşdırmışdı. "Gec və ya tez bu bölgədə (cənub və mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə zəlzələ olacaq", deyə o, ilk yeraltı təkanlardan üç gün əvvəl, fevralın 3-də Twitter-də yazmışdı. Türkiyədə fevralın 6-da başlayan zəlzələlər nəticəsində 45 mindən çox insan həyatını itirib. “Reuters”in məlumatına görə isə, Türkiyə və Suriyada zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 50 mini keçib. Rəcəb Tayyib Ərdoğan fəlakəti ölkə tarixində ən dağıdıcı fəlakət adlandırıb. İlk zəlzələdən sonra təxminən 10.000 afterşok qeydə alınıb.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya