Saat:08:52
Haqqımızda

Hökumətdən mikrosahibkarlıq subyektlərinə ZƏRBƏ

2023-11-03 11:16:42

Hökumətdən mikrosahibkarlıq subyektlərinə ZƏRBƏ

Rövşən Ağayev: "Bu gün 1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq"

"Hökumət 2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektlərini 2 faizlik, Bakıda isə 4 fazilik sadələşdirilmiş vergidən məhrum eləyib 5 faizlik güzəştli gəlir vergisinə keçirmişdi". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.

İqtisadçı ekspert bildirib ki, indi bu güzəşti də onların əlindən alıb 20 faizlik gəlir vergisinə keçirməyə hazırlaşır: "Yəni, bu gün 1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən görünən budur. İqtisadiyyatı başdan ayağa inhisarlaşmış ölkədə xırda-orta sahibkar təbəqəsi niyə əl-ayağa dolaşsın ki..."

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.581803