Saat:14:57
Haqqımızda

Hökumət İlqar Məmmədova bu dəfə pul vermədi - 53 min manat TƏLƏB EDİR

2022-05-25 13:11:00

Hökumət İlqar Məmmədova bu dəfə pul vermədi - 53 min manat TƏLƏB EDİR

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun maddi kompensasiya tələbi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Hurriyyet.az xəbər verir ki, Apellyasiya Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin etməyib. Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Cebhe.info-ya deyib ki, növbəti instansiyalar da şikayəti təmin etməsə, Avropa Məhkəməsinə müraciət ediləcək:

“İlqar Məmmədov 53 min manat kompensasiya tələb edir. Apellyasiya Məhkəməsi bu tələbi təmin etmədi. Növbəti instansiyalar da şikayəti təmin etməsə, Avropa Məhkəməsinə qədər gedəcəyik. Bildirək ki, bu, maddi kompensasiya tələbidir”.

Qeyd edək ki, 2020-ci ilin 23 aprelində Azərbaycan Ali Məhkəməsi ReAl sədrinə bəraət verib və ona 234 min manat təzminat ödənilməsi ilə bağlı qərar verib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR