"Hökumət başçısı başqa ölkəyə gedib oradakı insanlarından şikayətlənir, bu qədilməzdir" - Larisa Alaverdyan

2023-01-06 22:50:00

“Hazırki hökumət lazım olan heç nə etmir. Bu hökumətin başçısı, baş nazir postunu tutan adam erməni düşmənidir”.

Bunu Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan deyib.

O, bildirib ki, bununla bağlı dəfələrlə sübutlar təqdim edib:

“Yadınıza salın, 2018-ci ildə Paşinyan baş nazir seçilərkən ilk dəfə Qazaxıstana səfər etmişdi və orada erməni xalqının tənbəl olduğunu və işləməyi sevmədiyini bildirmişdi. Halbu ki, Orta Asiyanın ən böyük dövlətində erməniləri istedadlı, bacarıqlı, zəhmətkeş və alicənab insanlar kimi tanıyırdılar. Daha sonra Amerika səfəri… Orada Paşinyan ermənilərin ünvanına “hansı alimlər, hansı elmi qüvvələr? Bütün günü oturub qəhvə içirlər. İtaliyaya gedir, orada özünü Məsih elan edirlər” – deyib. Xüsusən də Vatikanda Roma Papasını erməni korrupsioner məmurlarını öz zirzəmilərində saxlamaqda ittiham edib – deyə Larisa Alaverdyan bildirib.

O, daha sonra bildirib ki, bütün bunlar təsadüf ola bilməz:

“Qoy heç kim məni inandırmağa çalışmasın ki, bütün bunlar təsadüfdür, Bugünkü baş nazir özünü misilsiz göstərdi”, – Larisa Alaverdyan əlavə edib. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.188196