Hökumət dar şalvar geyinməyi qadağan etdi

2022-05-06 20:31:00

Hökumət  dar şalvar geyinməyi qadağan etdi

Gənclər şöbələrə aparılır, izahat verirlər

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Şimali Koreyanın lideri Kim Çen In yeni qadağanla gündəmə gəlib.

Britaniyanın “San” qəzetinin yazdığına görə, Kim Çen gənclərin Qərb dəbinə uymasından narahat olaraq, dar şalvarların geyinilməsini qadağan edib.

Ölkədə fəaliyyət göstərən Sosialist Yurdsevər Gənclər Birliyinin hazırda 20-30 yaşındakı gənclərin şalvarlarını araşdırdıqları və dar şalvar geyənləri aşkar etdiyi bildirilir.

Asayiş şöbələrinə aparılan dar şalvar geyənlərdən “moda cinayətlərini təkrar eləməyəcəklərinə dair izahat yazmaq” tələb olunur.

Dövlət məmurları Şimali Koreya tərzində geyim və saç tərzinin sosialist həyat tərzinin yaradılmasında mühüm rol oynadığı vurğulayıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya