Saat:16:18
Haqqımızda

Hökumənin qonşuları: "Çox mərd qız idi"

2024-12-28 21:41:30

Hökumənin qonşuları:

Hurriyyet.Az xəbər verir ki, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın qonşuları onunla bağlı Baku TV-yə danışıblar.

"Hökumə çox mərd qız idi, onun həlak olması xəbərini elə həyətdə eşitdim. Çox pis oldum, hadisə baş verəndən bəri telefonuma gələn zənglər, mesajlar dayanmır", - deyə onlar söyləyiblər.

Qeyd edək ki, Hökumə Əliyeva Bakı-Qroznı aviareysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşməsi nəticəsində həlak olub.

Daha ətraflı videosüjetdə:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193984