Saat:21:11
Haqqımızda

Hizbullahdan Suriya açıqlaması: ABŞ edir, Əsədin yanındayıq

2024-12-05 23:28:56

Hizbullahdan Suriya açıqlaması: ABŞ edir, Əsədin yanındayıq

Hizbullah hərəkatı terrorçularla (üsyançılar – red.) mübarizədə Suriya rəhbərliyinə dəstək verəcək.

Hurriyyet.Az xəbər verir ki, Hizbullah baş katibi Naim Qasım deyib.

“Biz bu terror təcavüzünə müqavimət göstərmək üçün Suriyanın yanında olacağıq”, – Qasım deyib.

Onun sözlərinə görə, terrorçuların (üsyançılar – red) arxasında ABŞ-ın rəhbərlik etdiyi Qərb qüvvələri dayanır.

Qeyd edək ki, Hizbullah döyüşçüləri və İraqdakı iranyönlü şiə silahlı birləşmələri müxalif döyüşçülərə qarşı əməliyyatlar keçirmək üçün Suriya hökumət qüvvələrinə qoşulublar. \\Axar.az